Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
ABŞ Rusiyanın yeni səfiri Aleksandr Darçiyevin təyinatına razılıq verib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaxın vaxtlarda onun Vaşinqtona getməsi gözlənilir.
Qeyd edək ki, o, 2021-ci ilin yanvarından Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışır.