Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Rusiya İranın “Rəşt-Astara” dəmir yolunun tikintisinə tez başlayacağına ümid edir

 

Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin “Rəşt-Astara” dəmir yolu hissəsinin tikintisinə mümkün qədər tez başlanacağına ümid edir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransı zamanı deyib.

XİN başçısı qeyd edib ki, Rusiya tərəfi İranın “Rəşt-Astara” dəmir yolu xəttinin tikintisinə başlamazdan əvvəl bütün lazımi addımları atmasından məmnundur.

"Bu məqsədlə Rusiya ixrac kreditini ayıracaq. “Rəşt-Astara” hissəsi bizə çox mühüm addım atmağa imkan verəcək. Çünki bu, “Şimal-Cənub” dəhlizinin tam işə salınması üçün zəruri olan hissədir", - S.Lavrov bildirib.

Xatırladq ki, İran və Rusiya 2025-ci ilin martına qədər "Rəşt-Astara" dəmir yolu xəttinin tikintisinə dair müqavilə imzalamaq barədə razılığa gəliblər.

Ötən ilin mayın 17-də Rusiya və İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında "Rəşt-Astara" yolunun Fars körfəzi limanlarına keçidi təmin edəcək hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Bu hissənin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq. Sənədə əsasən, Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və tədarükünü birgə maliyyələşdirəcək.

Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatdırılması gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam