Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Günəşli” faciəsi ilə bağlı 15 minlik birdəfəlik yardım

 

Dekabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Sərəncam imzalayıb.

 

Xeberinfo.com:   Bu barədə, Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam