Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zənginlərin yaşıllıqları məhv edən villaları

 

Paytaxt Bakıda bəzi ərazilər var ki, həmin yerlər “milyonerlər məhəlləsi”, “zənginlər məhəlləsi” kimi tanınır. Həmin məhəllələrdə bir-birinə “gözdağı” verən villalar ucalır. 
Xeberinfo.com:   Belə məhəllələrdən biri də Sabunçu rayonundadır. Rayonun Yavər Əliyev küçəsi əsasən zənginlərin məhəlləsi kimi bilinir. Burada dağın ətəyində saysız-hesabsız dəbdəbəli villalar görmək mümkündür.
Musavat.com xəbər verir ki, adını qeyd etdiyimiz küçənin böyük hissəsi, bütün yol kənarları 50-60 illik küknar ağacları ilə örtülü idi. Artıq illər keçdikcə bu ağacların sayı azalmağa başlayıb. Yarım əsrdən çox yaşı olan yaşıllıqları zənginlərin lüks villaları əvəz edir. 
Rayonun bu hissəsi artıq uzun illərdir ki, zənginlərin məhəlləsi kimi tanınır. Ev alqı-satqısı ilə məşğul olan saytlarda belə, haqqında danışdığımız ərazi “milyonerlər məhəlləsi” kimi göstərilir.
 
Məhəllənin Yavər Əliyev küçəsindəki avtomobil yolunun hər iki tərəfi vaxtı ilə küknar ağacları ilə əhatə olunmuşdu. Artıq son 10 ildə demək olar ki, bütün ərazi ağaclardan “təmizlənib”. 
İndi küçəboyu villalar sıralanıb. Bəzi yerlərdə nadir küknar ağacları hələ də qalır. Lakin çəkilən hasarlardan görünür ki, onlar da nə zamansa, öz yerlərini hansısa zənginin villasına verəcəklər.













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam