Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur”

101757

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınnəticəsində itkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur. Nəzərə alsaq ki, onlar suya iki gün əvvəl düşüblər və son günlər havalar soyuq keçir, belə nəticəyə gəlmək olar ki, onlar dünyasını dəyişib”.

Xeberinfo.com:   Məlumata görə, bu fikirləri ANS PRESS-ə həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, təkcə dünən axşamı götürsək havanın temperaturu 3 dərəcəyə qədər enib:”Biz quruda yaşayırıq və son günlər havaların çox soyuq olduğunu özümüz hiss edirik. Dünən gecə hava +3 dərəcə olub. Bu temperatur quruda belədirsə dənizdə daha aşağıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, itkin düşən dənizçilərin orqanizminin belə soyuq havaya tab gətirməsi fizioloji cəhətdən mümkün deyil. Əgər yay fəsli olsaydı, onların sağ qalmaq şansı olardı. Hazırki havada isə çox güman ki, həmin şəxslər donublar”.


Adil Qeybulla- Həkim

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.


“Günəşli” neft yatağının 10-cu platformasındakı yanğın.

İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
10-cu platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam