Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudov pul çoxluğundan “əziyyət çəkib”

 

 

Mahmudov komandası milyonları yığmaq üçün xaricdən xüsusi valyuta konteynerləri gətirib

Xeberinfo.com:   “MTN işi” ilə bağlı moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, qanunsuz yolla əldə edilən milyonların çoxluğundan “əziyyət çəkən”, bu pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşən sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb. Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib.

Mənbənin sözlərinə görə, bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.

Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da  bir yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözlədiyidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam