Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kobaxidze yenə baş nazir oldu - Gürcüstan hökuməti təsdiqləndi -SİYAHI

 

11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib.

Yenixeber.org xəbər verir ki, hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq.

Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.

Hökumətin xarici siyasət və müdafiəyə baxışı dinc vasitələrlə ərazi bütövlüyünün bərpasına və suverenliyin möhkəmləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidzenin təklif etdiyi hökumət tərkibinə 2025-2028-ci illər üçün hökumət proqramı ilə etimad göstərilməsi məsələsi üzrə səsvermə o, parlamentin plenar iclasında hökumətin planları barədə deputatlara məlumat verdikdən sonra keçirilib.

Gürcüstanın yenilənmiş hökuməti:

İrakli Kobaxidze – baş nazir;

Maka Boçorişvili – xarici işlər naziri;

Anri Oxanaşvili – ədliyyə naziri;

David Sonqulaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri;

Levan Davitaşvili – iqtisadiyyat və davamlı inkişaf naziri;

Tinatin Ruxadze – mədəniyyət və idman naziri;

İrakli Çikovani - müdafiə naziri;

Laşa Xutişvili – maliyyə naziri;

İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri;

Vaxtanq Qomelauri – daxili işlər naziri;

Aleksandr Tsuladze – təhsil, elm və gənclərlə iş naziri;

Mixail Sarjveladze – işğal olunmuş ərazilərdən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri;

Teya Axvlediani - barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam