Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Tokayev: "Qazaxıstan Azərbaycan Prezidentinin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır"

 

"Qazaxıstan Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır".

Yenixeber.org xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 Liderlər Sammitində milli bəyanatında deyib.

"Dünyanın ən böyük gölü təhlükədədir. Bu, narahatlıq doğurur və uzunmüddətli beynəlxalq birgə fəaliyyət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər üzrə təşəbbüsünü, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını alqışlayır və dəstəkləyirik", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.

O, həmçinin əlavə edib ki, Qazaxıstan Aral dənizinin xilas edilməsi üçün səylərini əsirgəməyəcək.

Qazaxıstan Prezidentinin sözlərinə görə, təbii fəlakətlər geniş daşqınlar şəklində onun ölkəsindən də yan keçməyib. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Qazaxıstan çoxsəviyyəli reaksiya və xilasetmə sistemi təqdim edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam