Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AST Telman daha bir obyektini itirdi

 

İş adamı Telman İsmayılov böhran zolağından çıxa bilməyərək aktivlərinin bir-birinin ardınca itirir.
Xeberinfo.com:   Məlumata görə, Moskvanın Vorobyov şosesində yerləşən və T.İsmayılova məxsus olan “Safisa” şadlıq evinə Meşan Rayon Məhkəməsinin ardınca Moskva Arbitraj Məhkəməsi tərəfindən də həbs qoyulub.
“Safisa” Rusiya paytaxtında çox populyar olan və doğrudan da bir sənət əsəri sayılan obyektlərdin biridir. Tikintisində əsasən qızıl, mərmər və xalis büllurdan istifadə olunmuş bu şadlıq evi orada istənilən növ dəbdəbəli tədbirlər keçirməyə yarayırdı. İlkin qiymətləndirmələrə görə, “Safisa”nın qiyməti 30 milyon dolardan çoxdur. Əgər T.İsmayılov banka olan borcunu ödəyə bilməsə, bu dəbdəbəli obyekt onun əlindən alınaraq müsadirə ediləcək.
O da məlum olub ki, “Safisa”, “AST Qof” oteli və Nikitinsk bulvarındakı otel kompleksi borca görə artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) sərəncamına keçib. Lakin ABB-nin Moskva filialından kommersiya sirrini əsas gətirərək hər hansı suala cavab vermək istəməyiblər. T.İsmayılovun ABB-nin Moskva filialına olan kredit borcları on milyonlarla dollarla ölçülür. “AST Telman”ın təkcə Nikitinsk bulvarındakı torpaq sahəsinin qiyməti 50 milyon dollardır.
Xatırladaq ki, T.İsmayılov 2008-ci ilə qədər Moskvanın ən iri biznesmenlərindən biri sayılırdı. Çerkizov bazarının bağlanması ilə T.İsmayılovun da biznes imperiyası sürətlə çökməyə başladı. T.İsmayılov bu bazarın ən iri səhmdarlarından biri idi. Vladimir Putin baş nazir olanda - 2009-cu ildə bu bazarın işini sərt tənqid etmişdi.
Virtualaz.org 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam