Redaktor seçimi
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Günün xəbəri

Onlar üçün həmin günlər ictimai nəqliyyat pulsuz olacaq

 

COP29 zamanı akkreditasiyası olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

Yenixeber.org xəbər verir ki, bunu Bakı Olimpiya Stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu jurnalistlərə açıqlamasında deyib.

“COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub. Amma digər hər hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Ümumiyyətlə ev sahibi ölkə olaraq müəyyən öhdəliklərimiz var. Bunlardan biri də qonaqlara təhlükəsiz, fasiləsiz nəqliyyat xidmətinin təşkilidir. Ölkədə olan qonaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək. Bunun üçün hər hansı kart paylanması nəzərdə tutulmur. Onlar akkreditasiya kartlarından istifadə edərək nəqliyyatdan istifadə edə bilər. Bu qayda həm xarici qonaqlar, həm də akkreditasiyadan keçən yerlilər üçün nəzərdə tutulub”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam