Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rabitə Nazirliyinə ciddi nəzarət

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) noyabrın 20-dan dekabrın 2-dək “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayır.

Xeberinfo.com:   Nazirlikdən verilən məlumata görə, bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Məlumata görə, ay ərzində əmək və icra intizamının artırılması, görülən işlərin səmərəliliyinin yüksəldilməsi və iş rejiminə ciddi riayət edilməsi, RYTN-ə və nazirliyin tabeliyindəki müəssisələrə daxil olan müraciətlərə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun baxılmasının təmin edilməsi və nəzarətin artırılması nəzərdə tutulur.

Nazirliyin “Qaynar xətt” inin işinə nəzarətin gücləndirilməsi də ay ərzində görülən işlərdən biri olacaq: “RYTN-in “Qaynar xətt”inin işinə nəzarətin artırılması, əhali və təşkilatlar tərəfindən edilən müraciətlər üzrə təcili tədbirlərin görülməsi, “122” və “155” xidmətlərinə və digər təmir bürolarına daxil olan sifarişlərin uçotu, zədələnmələrin təlimatda nəzərdə tutulan müddətlərdə tam aradan qaldırılması üçün tədbir görülməsi və gündəlik analiz edilərək nəzarətin artırılması da ay ərzində rabitə sahəsində fəaliyyətin əsasını təşkil edəcək”.

“Aylıq çərçivəsində xüsusi diqqət ediləcək digər məsələlər sahibkarlığın inkişafına kömək göstərilməsi və sağlam rəqabət şəraitinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı, bacarıqlı və bilikli kadrların seçilib yerləşdirilməsidir.

Aylığın yüksək səviyyədə keçirilməsi və lazımi nəticələrin əldə edilməsi üçün digər zəruri tədbirlər də nəzərdə tutulub və Tədbirlər Planının icrası Nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülüb”, – deyə nazirlikdən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam