“Hizbullah”ın yeni lideri də öldürülüb?
“Hizbullah”-ın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra icra orqanına rəhbərlik edən Səfiəddinlə dünəndən etibarən əlaqə saxlamaq mümkün olmayıb.
Yenixeber.org: Livanın güc strukturlarına yaxın üç mənbəyə istinadən məlumata görə, onun İsraul ordusu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.
Mənbələrin sözlərinə görə, dünən səhər saatlarında Beyrutun cənubunun bombalanmasından sonra Səfiəddinlə əlaqə kəsilib.
"İsrailin davam edən hücumları səbəbindən xilasedicilər hələlik həmin ərazidə iş apara bilmirlər", - “Reuters” mənbələri bildirib.
“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, bombardmanda İran İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabitinin də öldürüldüyü ehtimal olunur.(“Reuters”)