Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Kəmaləddin Heydərov müşavirə keçirdi-FOTO

 

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.

Yenixeber.org xəbər verir ki, müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam