Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Bu deputatlara xidməti maşınlar veriləcək -SİYAHI

 

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin (MM) ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib.

Yenixeber.org xəbər verir ki, parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti avtomobillə təmin edilirlər.

Məlum olduğu kimi, parlamentin 15 komitəsinin altısının sədri dəyişib. Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafadır.

Doqquz komitənin sədri isə VI çağırışda da eyni komitələrə rəhbərlik ediblər. Onlar əvvəl də xidməti maşınlardan istifadə ediblər.

Milli Məclis sədrinin birinci müavini isə Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı seçiliblər. Müavinlərdən Ziyafət Əsgərov əvvəlki çağırışda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olub.

Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar "Mersedes-Benz E 300" avtomobillərindən istifadə edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam