Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

ABŞ Konqresi bu qanun layihəsini təsdiqləyib

abs-konqresi-qondarma-ermeni-soyqirimini-resmen-tanidi

Konqres gələn həftə hökumətin qismən bağlanmasının qarşısını almaq üçün müvəqqəti maliyyələşdirməyə dair qanun layihəsini təsdiqləyib.

Yenixeber.org: Nümayəndələr Palatasının bir çox Respublikaçı üzvlərinin yeni federal xərclərin azaldılmasına nail ola bilmədiklərinə görə rəhbərliyinə etiraz etmələrinə baxmayaraq, qanun layihəsi təsdiq edilib.

Demokratların çoxluq təşkil etdiyi Senat Nümayəndələr Palatasının təsdiqindən sonra qanun layihəsini 18 əleyhinə, 78 leyhinə səslə təsdiqləyib. Qanun hökumətin maliyyələşdirməsini dekabrın 20-dək cari səviyyədə (illik 1,2 trilyon dollar) saxlayır.

Söhbət Konqresin hər il müzakirə və təsdiq etdiyi diskresion, yəni icbari olmayan dövlət xərclərindən gedir. Büdcənin təsdiqi minlərlə federal işçini inzibati məzuniyyətə göndərmək və 5 noyabr seçkilərinə qədər olan həftələrdə hökumət xidmətlərinin geniş spektrini kəsməsinin qarşısını alır.

Respublikaçı Nümayəndələr Palatasının spikeri Mayk Conson Nümayəndələr Palatasının Qaydalar Komitəsindən yan keçmək və 435 yerdən 220 yer çoxluğuna sahib olan öz partiyası daxilində müxalifətə qalib gəlmək üçün parlament manevrinə əl atmalı olub.

Qanun layihəsi lehinə 341, əleyhinə 82 səslə təsdiqlənib. "Xeyr" səslərinin hamısını Respublikaçılar verib.

Qanun layihəsi cari maliyyələşmə bazar ertəsi gecə yarısı başa çatmazdan əvvəl imzası üçün prezident Co Baydenə göndəriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam