Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Məhsa Əmininin ildönümü -İran polisi hərəkətə keçdi

2022-ci ilin sentyabr ayında məcburi hicab qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmininin ikinci ildönümünün keçirilməsinə icazə verilməyib.

Yenixeber.org xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

İranın təhlükəsizlik məmurları M.Əmininin valideynlərinin yaşadığı Saqqız şəhərindəki evlərini mühasirəyə alıb, evdə və qəbiristanlıqda yas mərasimini qadağan ediblər.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, giriş və çıxışlarda nəzarət postları qurulub və Saqqız şəhərinə giriş məhdudlaşdırılıb.

Məhsa Əmininin öldürülməsinin ikinci ildönümündə bir neşə şəhərdə tətil aksiyası başlayıb, bazar, iş yerləri və iaşə obyektləri fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Məhsa Əmini 2022-ci ilin sentyabr ayının 13-də İranın Əxlaq Polisi tərəfindən döyülüb və həbs edilib.

O, təcridxanaya aparıldıqdan sonra komaya düşüb və 3 gün sonra sentyabrın 16-da xəstəxanada ölüb. Onun ölüm xəbəri yayıldıqdan sonra öncə Tehran, sonra Saqqız şəhərində etiraz aksiyaları başlayıb.

Sentyabrın 17-dən onlarla şəhərə də yayılan etiraz aksiyaları genişlənib, beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.

Bir neçə ay davam edən etirazların hökumət qüvvələri tərəfindən yatırılması nəticəsində 600-ə yaxın mülki şəxs öldürülüb, minlərlə etirazçı yaralanıb və 22 mindən çox narazı həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam