Böyük Britaniyanın Baş naziri Key Starmer qeyri-qanuni immiqrasiya ilə bağlı danışıqlar aparmaq üçün İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb.
Yenixeber.org: Bu barədə “AFP” məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Key Starmer səkkiz insanın ölümünə səbəb olan daha bir miqrant gəmisinin qəzasından bir gün sonra qeyri-qanuni immiqrasiya ilə mübarizəni müzakirə etmək üçün Romada italyan həmkarı Giorgia Meloni ilə görüşüb.