Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rəşad Məmmədov bu obyektə görə həbs olunub - FOTOLAR

img1811732

Artıq altı aydır ki həbsdə qalan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun işi yenidən mətbuatın gündəmindədir.

Xeberinfo.com:   Məlumata görə, R.Məmmədovla birgə həbs olunan İsfəndiyar İsfəndiyarovun vəkili dünən “Qafqazinfo”ya müraciət edərək bu işdə zərərçəkən kimi tanınan Zabil Salmanovun ərizəsini təqdim edib. Həmin ərizədə Səbail rayonu Nizami küçəsi 44 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarını Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova satdığı və qarşılığında 4 milyon 700 min manat aldığı, eyni zamanda heç bir tələbinin olmadığı əks olunub.

Maraqlısı isə odur ki, məhz şikayətçi Zabil Salmanovun mayın 12-də yazdığı ərizəsindən sonra hər üç şəxs barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Salmanov şikayətində həmin qeyri-yaşayış sahəsi üçün ona tələb olunan məbləğin ödənilmədiyini bildirib.

“Qafqazinfo” əməkdaşları bayraq Meydanı rəisinin istefasına və həbsinə səbəb olan həmin Nizami küçəsi 44 ünvanında olublar və qalmaqallı obyektin fotolarını çəkiblər.

Qeyd edək ki, bir neçə ay əvvəl vəzifəsindən azad olunaraq həbs edilən Rəşad Məmmədov Bakının ən tanınmış rerstoranlarının sahibi kimi də məşhur olub. Onun sahib olduğu obyektlər arasında “Nar Şərab”, “Manqal”, “Venesiya”, “Dağüstü park”, “Senator” və Bayraq meydanındakı “Bayraq” restoranı da var. Həmin restoranlar isə paytaxtın ən bahalı məkanları hesab olunur.

Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub - Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub - Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub - Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub - Fotolar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam