Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı sahibkarı intihar həddinə çatdırdı

 

Bu gün Bakının Binəqədi rayonunda intihar baş verəcək.

Xeberinfo.com:   Məlumata görə, bu haqda istiqlal.az-a intihar edəcəyini bildirən İlqar Budaq oğlu Məmmədov məlumat verib. Onun sözlərinə görə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində idman saglamlıq və iaşə kompleksinə sahibdir. Bu gün səhər onun obyektinə gələn mülki geyimli şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adamları olduqlarını deyiblər. Sahibkardan tələb ediblər ki, obyekti söküb dağıtsın.

“Açıq-aşkar reketlik edirlər. Gələnlər Xaləddin İsgəndərovun qoçuları idi. Onlara obyektə aid səbədləri göstərdim, qanuni mülkümün sökülməsinin cinayət olduğunu dedim. Onlar da dedilər ki, bu, Xaləddin İsgəndərovun göstərişidir, gedirik, saat 2-də gələcəyik. Özün sökməsən, traktor gətirib başına uçuracağıq” - deyə sahibkar bildirib.

O, saat 2-də obyektinin söküləcəyinə cəhd ediləcəyi halda özünü kompleksin damından asacağını söyləyib: “Mənə başqa çıxış yolu qoymayıblar. Özümü asacağam, qoy hamı bilsin ki, mənim intiharımda günahkar Xaləddin İsgəndərovdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam