Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib
Pakistan Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli reaktiv yaylım atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib.
Yenixeber.org: Bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.