Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MTN işi” daha kimləri bitirəcək?

 

Eldar Mahmudovun qohumu seçkidən kənarlaşdırılıb; Oğlu ilə bağlı ilginc faktlar üzə çıxıb

"Xeberinfo.com":     Milli Təhlükəsizlik Nazirliyi (MTN)ətrafında baş verən olaylarla bağlı həbslər davam edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə mia.az saytı məlumatı yayıb. Bildirilir ki, artıq aparat rəhbərinin kabineti möhürlənib, onun evindəvə bağında axtarış aparılıb. Məlumatda o da qeyd olunur ki, Vidadi Zeynalovun həbsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov hazırda işdə olmadığını, bu barədəməlumatsız olduğunu bildirib.

Vidadi Zeynalovun qəbul otağına edilən zənglərə isə cavab verən tapılmayıb.

Kərəm Həsənovun başı dərddə

MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalqəlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır.

Mənbənin sözlərinə görə, Eldar Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədəbeynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib.

MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Şahin Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Şahin Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil.

Bütün bunlar azmış kimi Şahin Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Şahin Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Şahin Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.

MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Bu barədə məlumatı virutalaz.org yayıb. Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.

Eldar Mahmudovun oğlu BəyləƏyyubovun yaxın adamına “atıb”

Eldar Mahmudovun oğlu Anar Mahmudovla da bağlı “Azadlıq”a maraqlı məlumatlar daxil olub. Məlumatda deyilir ki, Anar Mahmudov atasının gücündən istifadə edərək müxtəlif iş adamlarına təzyiq edib onlarla şərik olurmuş. Bir müddət keçəndən sonra həmin iş adamlarının biznesi əllərindən alınırmış. Bundan başqa Anar Mahmudov xeyli adamdan külli miqdarda pul alaraq onlarla iş görəcəyini deyirmiş. Lakin sonradan məlum olurmuş ki, məqsəd sadəcə pulları ələ keçirmək imiş. Onun bu əməllərinə etiraz edənlər isə MTN-dəki məlum şəbəkə tərəfindən cəzalandırılırmış.

Anar Mahmudovun bəzi biznes strukturlarını Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin sabiq rəisi Beytulla Hüseynov idarə edirmiş.

Məlumatda deyilir ki, Anar Mahmudovun “atdığı” iş adamlarından biri də Məhəmməd adlı şəxsdir. Bu şəxs prezidentin mühafizə xidmətinin rəhbəri BəyləƏyyubova yaxınlığı ilə tanınır. O, başına gələnlərləbağlı ilk olaraq Beytulla Hüseynovun yanına gedib. Bundan bir həftə sonra Məhəmməd silahla saxlanılır. Bakıda mağazalar şəbəkəsi olan şəriki Mustafa Tayatı onun üzünə qoyublar. Beləliklə, Məhəmməd həbs olunub. Onun işilə bağlı məhkəmə prosesinə isə MTN-dəki şəbəkənin adamı olan hakim Novruz Kərimov sədrlik edirmiş. Həmin vaxt BəyləƏyyubov da Məhəmmə də kömək edə bilməyib. Məlumatda o da bildirilir ki, MTN həmin vaxt BəyləƏyyubovun yaxın çevrəsi ilə bağlı ölkə rəhbərliyinəkompromatlar ötürürmüş.

Namizədliyini geri götürən YAP-çı Eldar Mahmudovun qohumudur

Bu arada hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Xəzər rayon Icra hakimiyyəti başçısının müavini Lalə Əhmədovanın seçki marafonundan uzaqlaşdırılmasının səbbəi bəlli olub. Veteninfo.azın məlumatına görə, YAP-ın namizədi, 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin favoriti Lalə Əhmədova hakim partiyanın siyahısına, Eldar Mahmudovun kvotasından daxil edilibmiş.

Amma Eldar Mahmudovun MTN-də baş verən hoqqalardan sonra vəzifəsin itirməsi ilə Lalə Əhmədova da seçki marafonundan kənarlaşdırılıb.

Məlumata görə, Lalə Əhmədova Eldar mahmudovun yaxın qohumudur və onun Xəzər rayon Icra başçısının müavini təyinatında da Eldar Mahmudovun rolu az deyil.

Beytulla Hüseynovun qardaşı da işdən qovuldu

Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib.

Xətai Rayon Icra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işiylə vidalaşıb. Beytulla vəXeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumdurlar. Eldar Mahmudovun işdən çıxarılmasından sonra oktyabrın 21-də Beytulla Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam