Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sergey Şoyqu və Eldar Mahmudovun milyonluq malikanə sevdası

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra onun barəsində mətbuatda yayılan məlumatlar arasında sabiq nazirin möhtəşəm villasının fotoları xüsusi dəqqət cəlb etdi. Öz əzəməti və gizəmliliyi ilə diqqətləri çəkən villanın Eldar Mahmudova məxsusluğu rəsmən təsdiqlənməsə də inkar da edilmədi. Ancaq görünür dəbdəbə həvəskarı olan təkcə bizim sabiq və indiki nazirlər deyil. Qonşu Rusiyada da məmurlar dəbdəbəli həyatı sevir və bunu hamıdan, ilk növbədə isə mətbuatdan gizlətməyə çalışırlar.

"Xeberinfo.com":   Məlumata görə, Rusiya mətbuatında belə məmurlardan birinin malikanəsinin fotoları yayılıb. Moskvanın məşhur Rublevo-Uspenski şossesində yerləşən villanın ərazisi ümumilikdə 9 min kvadrat metrdir. O, elit təbəqənin ən çox sevdiyi ərazidə Barvixa kəndində yerləşir. İki torpaq sahəsindən biri Yelena Aleksandrovna Antipina tərəfindən 2010-cu ildə alınıb. İkinci torpaq sahəsi isə 2012-ci ilə alınaraq həmin əraziyə birləşdirilib. Mətbuatın diqqətini də məhz ən elit məkanda yerləşən, bu qədər geniş ərazinin Rusiyada tanınmayan hansısa qadına məxsusluğu olub.  Maraqlı mətbuat məsələni araşdırıb və məlum olub ki, qadın Krosnoyarsk vilayətinin Açinsk şəhərinin sakinidir. Bir az daha dərin araşdırma və məlum olub ki, bu torpaq sahəsini ilk olaraq 2009-cu ildə tələbə Ksenya Sergeyevna Şoyqu alıb. Bu gənc qız o zaman  da nazir vəzifəsini tutan Sergey Şoyqunun qızıdır. O zaman təzəlikcə 18 yaşı tamam olan tələbə qız hər sotu aşağısı 100 min dollar olan torpaq sahəsini hansı vəsait hesabına almışdı? Ümumi əraziyə görə ödənilmiş 9 milyon dollar 18 yaşlı tələbə qızda hardan idi?  Qısa müddət sonra həmin torpaq sahəsindən biri Antipina soyadlı qadına verilib. İkinci torpaq sahəsi isə Antipinaya verilməzdən əvvəl başqa bir adamın mülkiyyəti olub- Dmitri Koçyubinskinin. Bu şəxs isə Şoyqunun çox sevdiyi xokkey komandasında oyunçu dostlarından biridir.  Jurnalistlər bu dəfə gizəmli qadın- Yelena Antipinanı axtarmağa başlayıblar və bu xanım çox uzaqda yox, Şoyqunun öz ailəsində tapılıb. Məlum olub ki, Şoyqu 1979-cu ildə Açinskidə tikinti trestində iş icraçısı işlədiyi zaman trestin baş mühəndisi Aleksandr Antipinin qızı ilə evlənib. Bir neçə il sonra isə Şoyqu artıq qayınatasının kreslosunu tuturdu.  Hər şey aydındır, malikanənin sənədləşdirildiyi qadın Şoyqunun həyat yoldaşının bacısı, yəni Şoyqunun baldızı idi. Yelena Antipinanın izini axtaran jurnalistlər bu qadını cəmi 80 kv metr sahəsi olan mənzildə tapıblar. Məlum olub ki, əslində milyonlarla qiyməti olan malikanənin “sahibi” olan qadın öz balaca mənzilində sakitcə günlərini keçirir.  Şoyqunun baldızının adına rəsmiləşdirdiyi malikanənin qiyməti isə nə az-nə çox- 18 milyon dollardır.

 

Cebhe.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam