Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOCAR-dakı Fətullahçılar ifşa olundu: Adlar – Yenilənib

114907_res_01

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini hazırda AKP hökuməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamıdır.

"Xeberinfo.com":   Məlumata görə, virtualaz.org saytı xəbər verir ki, bu haqda Türkiyənin “Sabah” qəzeti yazıb.
Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Haldun Yavaş

“Sabah” yazır ki, Fətullah Gülən təriqətinin enerji sektoruna yönələn strategiyalarını müəyyənləşdirən şəxslərdən biri Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaşdır. Bu institutun əməkdaşlarının əksəriyyəti fətullahçılardır və ofisi İstanbulda yerləşməklə SOCAR tərəfindən maliyyələşdirilir.
İnstitut enerji sektorunda baş verənləri təhlil edib Pensilvaniyaya – Gülənin mənzil-qərargahına ötürməklə məşğuldur. Haldun Yavaş Gülənə yaxın şəxsdir və 2003-2004-cü illərdə ABŞ-dakı Nassau Community College-də “Fətullah Gülən günləri” təşkil edib.

SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdalarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.

SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də təriqətin adamı olduğu iddia edilir.Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir.
“SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır. SOCAR-a məxsus “Star Rafineri” neft-kimya kompleksinin İngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu deyilir.
AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adları Ankara tərəfindən Bakıya bildirilib.
Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.
Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.
Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfərin kim tərəfindən maliyyələşdirildiyi barədə məlumat verməməsi olmuşdu.

“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.


Samir Kərimli – “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini

S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir. İddiaya görə, “SOCAR Turkey”in icraçı direktoru Kenan Yavuz şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılıb və qərarlara təsir edə bilmir.
Habelə şirkətin insan haqları departamentinin rəhbəri İlqar Mehmetoğlu Gülən məktəbinin məzunudur. O, şirkətdə AKP tərəfdarlarını müəyyənləşdirir və onların işdən uzaqlaşdırılmasında rol oynayır.
SOCAR-ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar arasında “SOCAR Power”in ortağı Enver Taner Baltacı, “Petkim”in baş direktoru Sadettin Korkut, “SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR İT direktoru Fuat Uludag, satınalmalar üzrə direktor Çetin Korkut da var.

—–

99593Dövlət Neft Şirkəti (ARDNŞ) “SOCAR Turkey Energy”nin adının “nurçuluq”da hallanmasına münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, şirkətin mətbuat xidməti bu iddiaların əsassız olduğunu bildirib.
“SOCAR bütün ölkələrdə olduğu kimi, Türkiyədə də ölkənin qanunlarına uyğun fəaliyyət göstərir və həmin xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin heç biri hər hansı dini cərəyana mənsub deyil. Bu, Türkiyə daxili ziddiyyətlərin, hakimiyyətə gəlmək istəyənlər, siyasi partiyalar arasında mübarizənin təzahürüdür. Bunun SOCAR-ın Türkiyədəki fəaliyyətinə, investisiya layihələrinə heç bir aidiyyatı yoxdur”, – deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam