Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Heç yerdə xristian müsəlmana qan vermir, bizdə isə...”

“Bu gün Hindistan, Pakistan, İran kimi müsəlman ölkələrində Aşura mərasimi qeyd olunur. Lakin Azərbaycandakı Aşura onların heç birinə bənzəmir”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O vurğulayıb ki, bunun bir səbəbi də Azərbaycanın mentaliteti ilə bağlıdır.

Şeyx hazırda Yaxın Şərqdə baş verənləri də misal çəkib və bildirib ki, Azərbaycanda durum müsbət mənada fərqlidir: “Yaxın Şərqdə baş verənlər, sünni-şiə münasibətləri hər birimizə bəllidir. Lakin Azərbaycanda bu baxımdan münasibətlər çox yaxşıdır”.

Şeyx arxiyepiskop Vladika Aleksandrın bu il ilk dəfə qan verməyini də müsbət qiymətləndirib: “Dünyanın heç bir yerində xristianın müsəlman üçün qan verdiyini görə bilməzsiniz. Amma Azərbaycanda bu, mümkündür. Ümumiyyətlə, bizim ölkədə yaşayan sadə xristianlar həmişə Aşura mərasimlərində iştirak edib və qan veriblər”.

Azərbaycandakı dini tolerantlıqdan danışan Şeyx qeyd edib ki, bu birliyi pozmaq istəyən qüvvələr var: “İslam dinindən istifadə edib yeni təriqətlər yaratmaq istəyən qüvvələr var. Amma heç vaxt qələbə çala bilməyəcəklər, çünki onlar düz yolda deyil. Azərbaycandan xaricə gedib özünü müsəlman kimi göstərən qüvvələrə qoşulanlar var. Onlar bilməlidir ki, baş kəsmək Allaha da xoş getmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam