Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə nə baş verir? - VİDEO

 

Bu gün Gəncədə dindarlarla polis əməkdaşları arasında insident baş verib.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə Facebook və digər sosial şəbəkələrdə videogörüntülər yayılıb. Videoda da göründüyü kimi Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis müdaxilə edib. Bir qrup dindarla polislər əlbəyəxa olublar.


Bildirilir ki, Gəncə şəhər İcra Hakimiyyəti birbaşa olaraq Aşura günü və Məhərrəmlik ayı ilə bağlı tədbirlər keçirməyi qadağan edib. Hətta məscidin bir neçə günlük bağlandığı barədə də məlumatlar yayılır. Həmçinin bildirilir ki, bir neçə dindar da polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər İcra hakimiyyətilə əlaqə saxladıq. İcra Hakimiyyətinin icra hakiminin baş məsləhətçisi Həsən Məmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı yalandır. Onun sözlərinə görə, Gəncə icra başçısı və İcra Hakimiyyəti tərəfindən dini məclislər qadağan edilməyib. Əksinə Gəncədə dini məclislərin və tədbirlərin keçirilməsi üçün gözəl şərait yaradılıb.

"Bilmirəm ki. həmin videonu kim çəkib, nə məqsədlə çəkib və yayır. Videonun hansı aspektdən və hansı görüntüdən keçirildiyi də bilinmir. Bu gün polislər məscid həyətində keçirilən tədbirə nəzarət ediblər. Polislər sadəcə asayişi qoruyublar və vətəndaşların harada dayanmalı və hara getməli olduğunu göstəriblər. Ola bilər hansısa polislə vətəndaş arasında narazılıq yaranıb. Lakin bu dindarların şəhərdə sıxışdırılması demək deyil”, - deyə Həsən Məmmədov bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən də bildirdilər ki, Gəncədə böyük bir insident baş verməyib. Nazirliyin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə onlara heç bir informasiya gəlməyib. Hansısa məlumat daxil olarsa, o zaman kütləvi informasiya vasitələrinə rəsmi açıqlama veriləcək.
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam