Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-nin dövlət sirlərinə çıxışı məhdudlaşdırıldı

 

Eldar Mahmudov və komandası məxfi məlumatlara xəyanət edib?

"Xeberinfo.com":   Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verənlərlə bağlı müxtəlif mülahizələr irəli sürülür. MTN-nin sabiq şefi Eldar Mahmudovun qurumda yaratdığı mütəşəkkil dəstə ilə sahibkarları soyması, vəzifəli şəxslərin dinlənilməsi, baş verənlərin Kremldən qaynaqlanması və s. Bu mülahizələr arasında inandırıcı olanı da, olmayanı da var.

Bir sıra ekspertlər sahibkarların talan edilməsi ilə bağlı versiyanı qəbul etmirlər. Həənd Eldar Mahmudov və komandasının “vurulması” rəsmi təqdimatda sahibkarlara qarşı təzyiqlərləəlaqələndirilir. Ekspertlər isə hesab edir ki, hakimiyyət bununla sadəcə divident qazanmağa çalışır. Onların fikrincə, baş verənlərin əsl səbəbi başqadır. Lakin ekspertləəsl səbəb barədəkonkret danışmaqda çətinlik çəkirlər. Onların ehtimalına görə, baş verənlərin arxasında Eldar Mahmudov və komandasının məxfi sirlərə xəyanəti də dayana bilər. Ölkə başçısı Ilham Əliyevin MTN-nin struktrunun dəyişdirilməsi barədə fərman imzalaması, həmçinin hakimiyyətin atdığı digər addımlar da məsələnin sahibkarların talanması səviyyəsində olmadığını göstərir.

Bundan başqa dünən Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qaydanın adı dəyişdirilib və “Vəzifəli şəxslərin vəya vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası” adlandırılıb.

Indiyə qədər dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirləri qanunvericiliklə müəyyən edilmiş əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən həyata keçirilib və həmin orqanlar bu Qaydaya uyğun olaraq, idarədaxili müvafiq qaydalarını təsdiq ediblər. Dəyişikliyə əsasən bundan sonra vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri Milli Təhlükəsizlik Nazirliyinin rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Daxili Işlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək. Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirəcək.

Beləliklə, faktiki olaraq MTN-nin dövlət sirri hesab edilən məlumatlara sərbəst çıxışı məhdudlaşdırılıb. Əvəzində, dövlət sirri ilə bağlı DIN, Baş Prokurorluq, Xüsusi Dövlət MühafizəXidməti və Dövlət Sərhəd Xidmətinə səlahiyyətlər verilib. Bu dəyişikliyin Eldar Mahmudov vəkomandasının “vurulmasından” az sonra baş verməsi “MTN olayı”nın əsl mahiyyətinin ictimaiyyətdən gizlədildiyi barədə şübhələri artırır.

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam