Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

MTN-in “işgəncə kralı” həbs olunub!

 

Yaxın günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəis müavini, polkovnik Sahib Ələkbərovun məhkəməsi başlayacaq

"Xeberinfo.com":   Məlumata görə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra bu nazirlikdə kök salmış mütəşəkkil cinayətkar qrupun törətdiyi çoxsaylı cinayətlərin üstü açılmağa başlayıb. Qara pərdənin ortadan götülməsindən və xofun sınmasından sonra Eldar Mahmudov başda olmaqla, nazirliyin bir qrup yüksək rütbəli əməkdaşlarının törətdikləri cinayətlət gün işığına çıxıb.

Məlum olub ki, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müaviniİlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarovvə digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan MTN rəhbərlərinin xalqla, iş adamları və bəzi qrup məmurlarla belə KQBsayağı cinayətkar davranışları şok yaradır.

AzPolitika.info-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, MTN-də yüksək rütbəli məmurların həbsi hələ bir neçə ay əvvəldən başlayıb. Məlumata görə, təxminən 5-6 ay əvvəl Eldar Mahmudov Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədovu şantaj edərək, ondan 200 min manat rüşvət alıb. Belə ki, F.Əhmədovun Azərbaycanda yaşayan yaxın bir qohumu MTN tərəfindən qondarma narkotik ticarəti ittihamı ilə həbs olunub. F.Əhmədov 200 min manat ödədikdən sonra qohumu sərbəst buraxılıb.

Lakin milyarder bu şantajla barışmayaraq, Azərbaycan Prezidentinə şikayət edib. Belə olduqda Eldar Mahmudov MTN-in İstintaq Baş İdarəsinin rəis müavini, polkovnik Sahib Ələkbərovu və bu idarənin iki müstəntiqini qurban verrməli olub – onlar həbs olunublar! Sahib Ələkbərov MTN-də “işgəncə kralı” kimi ad çıxarıb – bütün sifarişli işlər bu adama həvalə olunub, qondarma ittihamlarla həbs olunmuş adamlara “qan uddurub”.

Sahib Ələkbərov təxminən 2 ay əvvəl həbsdən ev dustaqlığına verilib. Bizə verilən məlumata görə, yaxın həftələrdə Sahib Ələkbərov və onunla birlikdə həbs olunmuş MTN müstəntiqlərinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayacaq.

Lakin belə görünür ki, pul hərisliyi və cəzasız qalacaqlarına əminlik MTN rəhbərliyindəki cinayətkar qrupun gözünü o qədər bağlayıb ki, onlar Prezident İlham Əliyevin xəbərdarlıqlarına da məhəl qoymayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam