Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir oğlunun ölkədən çıxışına qadağa!

 

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulub.

"Xeberinfo.com":  Məlumata görə, bu sensasion məlumat “Azpolitika.info”-ya mötəbər mənbədən verilib. Qadağanın bir müddət öncə verildiyi bildirilir.
Bu məlumat onu göstərir ki, Anar Məmmədovun bu yaxınlarda Prezidentin də iştirak etdiyi Qolf klubun açılış mərasimində görünməməsinin onun xaricdə olması ilə bağlanması yalandır.
Xatırladaq ki, Qolf Federasiyasının baş katibi Nigar Süleymanova ANS-ə açıqlamasında Anar Məmmədovun açılış mərasiminə qatılmamasını onun ölkədə olmaması ilə izah etmişdi. Əmisi Elton Məmmədov da oxşar fikirlər səsləndirmişdi.
anar-memmedov-2012Ancaq nədənsə Anar Məmmədovun özü indiyədək hər hansı açılama verməyib. Halbuki, sosial media vasitəsilə, yaxud əlindəki digər imkanlardan istifadə etməklə həmin vaxt harda və nə işlə məşğul olduğunu bəyan edə bilərdi. Görünür Anar Məmmədov ya yalan danışmaq istəməyib, ya da bunu edərsə rəqiblərinin onun ölkədə olmasını təsdiqləyən məlumatları yayacağından ehtiyatlanıb.

Anar Məmmədovun ölkədən çıxışının yasaqlanması barədə qərarın çıxarılması isə onun adınının artıq hansısa cinayət işində keçməsini (şübhəli və ya əsas şahid kimi) göstərir. Bu barədə mənbəmiz dəqiq bilgiyə malik olmasa da, nazir oğlunun ölkədən çıxışına qoyulan qadağanın RƏSMİ SƏBƏBİ kimi onun adının “Kredit işi” ilə bağlı cinayət işində keçməsinin göstərildiyini istisna etmir.

Belə ki, “Hafka” ləqəbi ilə tanınan iş adamı, nəqliyyat nazirinin və oğlunun keçmiş şəriki Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürüb qaytarmadğı 100 milyonlarla manat kreditlə bağlı başlanan cinayət işində nazir Ziya Məmmədovun və oğlu Anarın da adının hallandığına dair iddialar var.

hafiz memmedov hafka azpolitika infoXatırladaq ki, bununla bağlı hələ bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bantodtel”) tərəfindənHafiz Məmmədov haqqında cinayət işi açılıb. Hətta bu cinayət işi çərçivəsində iş adamı ilə bağlı mayın 18-də Nəsimi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. (bax:“HAFKA” BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ!) Ancaq dostları vasitəsilə həbs-qətimkan tədbiri seçiləcəyindən xəbər tutan “Hafka” 2 gün əvvəl ölkədən çıxaraq Monokaya uçur. Onun Monakonın elit kazinolarında dostlaşdığı Monako knyazı II Albertdən kömək istədiyi bildirilir. Məhz Avropa oyunlarının açılış mərasiminə qatılan Monako knyazının prezidentdən xahişi nəticəsində Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbiri dəyişdirilir (bax:ÖLKƏDƏN QAÇAN OLİQARX BAKIYA QAYIDIB – Səssiz dönüşün ŞOK SİRRİ).

Hafka” ölkəyə qayıtdıqdan sona isə istintaqa ifadəsində nazir Ziya Məmmədov və oğlunun da adını hallandırdığına dair iddialar var. Bunun onun öz təşəbbüsü olduğu və ya kimlərinsə istəyi ilə etdiyinə dair məlumat yoxdur. Ancaq nə təsadüfdürsə, Ziya Məmmədov və ətrafının “sürətlə vurulması” prosesinin başlanğıcı məhz “Hafka”nın həbs-qətimkan tədbiri dəyişdirildikdən sonra ölkəyə döndüyü vaxtlara təsadüf edir.Bu da Hafiz Məmmədovdan vaxtilə “atam” dediyi Ziya Məmmədov və “qardaşı” Anar Məmmdov haqda lazımı ifadələrin alındığını ehtimal etməyə əsas verir.

34Yeri gəlmişkən, qeyd edək ki, Hafiz Məmmədov hələ xaricdə olarkən bəyanat yayaraq Məmmədovları hədələmişdi. Fransanın “Lans” klubunun səhmlərinin Anar Məmmədov tərəfindən alınması cəhdlərinə (onun bunu öz istəyi ilə etmədiyi məlum idi-müəl) qarşılıq “Hafka” – “onlar buna görə öz cəzalarını alacaqlar” – deyə açıq təhdidlə çıxış etmişdi. Bu o demək idi ki, “Hafka” nəqliyyat nazirinə onunla bağlı problem yoluna qoyulmayacağı təqdirdə birgə gördükləri bütün “qara işləri”, həmçinin nazir oğlu ilə bağlı faktları açıqlayacağının mesajını çatdırırdı. Son yayılan məlumatlar bunun artıq baş verdiyini ehtimal etməyə əsas verir…
Hər halda “musavat.com”un məlumatına görə “Hafka” ölkəyə qayıtdıqdan sonra “Bank of Azerbaijan” üçün götürdüyü kreditlərin məsuliyyətini nəqliyyat nazirinin üzərinə qoyub. İş adamı istintaqa bankı nazir oğlu Anar Məmmədovun idarə etdiyini əsas gətirərək, kreditlərə də məhz onun cavabdeh olduğunu deyib.

AzPolitika.info”ya verilən məlumata görə isə, H.Məmmədov yalnız “Bank of Azerbaijan” üçün götürdüyü kreditləri deyil, eyni zamanda 2008-ci ildə yaradılan “Baghlan Group” holdinqin adına Beynəlxalq Bankdan götürülən 100 milyonlarla manat kreditin də məsuliyyətinə Məmmədovları şərik edib. Ən gəlirli sahələrdə fəaliyyət göstərməsinə (neft sənayesi də daxil olmaqla-müəl.) baxmayaraq, cəmi 5 il sonra iflas edən holdinqin yaradılmasında da məqsədin məhz müxtəlif banklardan 100 milyonlarla dolar krediti götürərək mənimsəmək olduğu ehtimal edilir.

57957_srcYeri gəmişkən qeyd edək ki, “AzPolitika.info” ilk gündən holdinqin birdən-birə iflasa getməsinin Hafiz Məmmədovun düşünülmüş addımı olduğu, aldığı 100 milyonlarla krediti qaytarmamaq üçün bu addımı atdığını vurğulamışdı (bax: “BEYNƏLXALQ BANK HAFİZ MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERDİ” yazısına).
Ancaq belə görünür ki, bu yalnızca Hafiz Məmmədovun ideyası olmayıb. Uzun illər birgə addımlamış, birgə varlanmış köhnə şəriklər “Baghlan Group” holdinqin üzərindən dövlətə “kələk” gəlmək istəyiblər. Bəlkə də buna görə “Baghlan Group” holdinqin yalnız Hafiz Məmmədova aid olduğu, digər Məmmədovların buna heç bir şərikliyi olmadığına dair məlumatlar yaydırılıb. Ki gələcəkdə “yeyilmiş” kreditlərin məsuliyyətini də daşımasınlar. Bunu bir iş adamının holdinqinin flası ilə bağlayıb, məsələni qapatsınlar. Bəlkə də…

Ancaq neftin qiymətinin düşməsi ilə bağlı ölkədə maliyyə vəziyyətinin ağırlaşması, dövlətin pullarının haralara sərf edildiyinin araşdırılması və bunun nəticəsi olaraq Beynəlxalq Bankdan götürülüb qaytarılmayan kreditlərlə bağlı başlanan cinayət işi cox adamlar kimi, onların da planlarını boşa çıxarıb. Heç şübhəsiz bunda Beynəlxalq Bankın İdarə cahangir_haciyev-bankHeyətinin sabiq sədri Cahangir Hacıyevin məlumatları da mühüm rol oynayıb. Mümkündür ki,,Cahangir Hacıyev yenicə yaranmış “Baghlan Group”a girovsuz olaraq 100 milyonlarla krediti yalnız Hafiz Məmmədovun “bacarıqlı iş adamı” olmasına görə deyil, həm də Ziya Məmmədovun təminatı ilə verdiyini söyləyib.
Yeri gəlmişkən, bu günlərdə azadlıq.info nəqliyyt nazirindən Beynəlxalq Bankdan götürülən 500 milyon pulu qaytarmasının tələb edildiyinə dair xəbər yayıb (bax: “ZİYA MƏMMƏDOVDAN 500 MİLYONU QAYTARMAQ TƏLƏB EDİLİR”). Məlumatlarda bildirilir ki, nəqliyyat naziri yarım milyard manat kredit borcuna görə hədəfə gəlib. “Bu vəsait Beynəlxalq Bankdan götürülüb… Bildirilir ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda bu məsələ barədə ölkə başçısı İlham Əliyevə məlumat verilib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb”.

Düzdür, məlumatda Ziya Məmmədovun bu krediti ”Azərinşaatservis”in qurulması üçün götürdüyü, həmin vəsait hesabına 6000 adda texnika alınmasının rəsmiləşdirildiyi bildirilir. Ancaq nəzərə alsaq ki, söhbət bir neçə milyondan deyil, 500 milyondan gedir, bunun yalnız ”Azərinşaatservis” üçün alınan vəsait olmadığı şübhə doğurmaz. Böyük ehtimalla söhbət həm də Beynəlxalq Bankdan “Baghlan Group” üçün götürülüb qaytarılmayan 100 milyonlarla kreditdən də gedir…

ziyaElə “Azpolitika.info”ya verilən bilgilər də belə deməyə əsas verir. Mənbəmizin iddiasına görə, Ziya Məmmədovdan onun “krışalığı” ilə götürülüb qaytarılmayan bütün kreditləri, həm də faizi ilə birlikdə qaytarmaq tələb olunur. Nəqliyyat Nazirindən istənilən vəsaitin məbləği isə nə az-nə cox – 1 MİLYARD DOLLARDIR!

Ancaq nazirin bu kreditlərin məsuliyyətini üzərindən atmağa çalışdığı, tələb olnan vəsaiti ödəmək imkanının olmadığını iddia etdiyi bildirilir. Belə görünür ki, hələlik “yuxarıları” buna inandıra bilməyib. Bəlkə də Məmmədovların mülklərində axtarışların aparılması haqda xəbərlər də bununla bağlıdır.
Məlumata görə, bu günlərdə nazirin Bakıdakı evlərində və bağlarında axtarışlar aparılıb. Axtarışlarda “qara maskalılar”ın da iştirak etdiyi bildirilir. Mümkündür ki, nazir tələb olunan vəsaitini nağd şəkildə verməkdən imtina etdiyindən, əmlakının qeydyyata alınmasına başlanılıb. Bu məlumat doğrudursa, Məmmədov üçün daha ağır günlərin başlandığı deməkdir…

35İstənilən halda nəqliyyat naziri Ziya Məmmədovun etimadı itirdiyi ortadadır.Hazırda onun vəzyyəti sabiq iqtisad inkişaf naziri Fərhad Əliyevin həbsdən öncəki son aylarını xatırladır. Prezident o zaman da Fərhad Əliyevə etimadının itdiyini onu iştirakı gözlənilən tədbirlərdən uzaqda tutmaqla hər kəsə nümayiş etdirmişdi. Bu da hüquq-mühafizə orqanlarına hərəkətə keçmək üçün bir növ siqnal olmuşdu.

İndi də eyni hal Ziya Məmmədovla bağlı baş verir. Əvvəlcə nəqliyat naziri olmasına baxmayaraq, Bakı–Sumqayıt qatarının açılışında iştirakına icazə verilmədi.

Ardınca Qolf Federasiyasının prezidenti olan oğlu Qolf klubun açılış mərasiminə buraxılmadı

Elə həmin günlər deputat qardaşının seçkilərə qatılmasına qadağa qoyuldu.

1436079790_ziyaVə ən əsası, Prezident İlham Əliyevin Ziya Məmmədovun anadan olduğu, uzun illərdir onun kurasiyasında olan Ucar rayonuna səfəri zamanı Məmmədovlardan kimsə onunla görüşə buraxılmadı.
Hətta yol açılışında belə Prezidenti nazir və müavinləri deyil, hansısa sədr əvəzi(o da Cavid Qurbanovun kadrı sayılır-müəl.) müşaiyət etdi ki, bu da indiyə qədər təsadüf olunmamış bir haldır.
Yeri gəlmişkən qeyd edək ki, “azadlıq.info”ya verilən məlumata görə, ölkə başçısının Ucara səfərindən bir neçə gün əvvəl Ziya Məmmədov rayonda olub. Məlumata görə, nazır Prezidentin səfərinə hazırlıq məqsədilə rayonda olan PA-nın ərazi iderəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə görüşərək, ona İlham Əliyevin iştirak edəcəyi tədbirlərə qatılmaq istəyini bildirib. Lakin Zeynal Nağdəliyevin cavabı mənfi olub “Şöbə müdiri Ziya Məmmədovun diqqətinə çatdırıb ki, onun ölkə başçısının yanında görünməsi məqsədəuyğun deyil” deyə məlumatda bildirilir.

Əlbəttə, bu məlumatın nə qədər dəqiq olduğunu söyləyə bilmərik. Ancaq ortada olan faktlar, məlumatlar ölkə rəhbərliyinin Məmmədovları artıq hakim komandada görmək istəmədiyini söyləməyə əsas verir. Hakim komandadan “vurularaq” çıxarılanlar isə, adətən həbsə göndərilir. İllah da ki, o böyük kapitala malik biridirsə…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam