Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Toydan sonra atəşfəşanlıq - Hüququmuz necə pozulur?

 

Toydan sonra atəşfəşanlıq etmək dəb halını alıb.

"Xeberinfo.com":   Bəzən cütlüyün, əksər hallarda isə şadlıq saraylarının toy sahiblərinə hədiyyə kimi təqdim etdiyi atəşfəşanlıq toy iştirakçılarının əhvalını yüksəltsə də paytaxt sakinlərinin narazılığı ilə qarşılanır. 

Yeni qurulan ailənin şad günü olduğundan heç kim atəşfəşalığa açıq şəkildə narazılığını bildirməsə də çoxları gecə saat 12-dən sonra başlanan səs-küydən şikayətçidir. Şadlıq saraylarının yaşayış binalarına yaxın məsafədə yerləşməsi sakinlərin istirahətini pozmaqla yanaşı, paytaxt küçələrində böyük səs-küy yaradır. 

Məlumata görə, millət vəkili Hadi Rəcəbli məsələ ilə bağlı azvision.az-a açıqlamasında bildirib ki, toydan sonra atəşfəşanlığın olmaması üçün şadlıq sarayının rəhbərliyi toy sahibi ilə müqavilə bağlamalıdır: “Buna görə toy evini yox, şadlıq sarayının müdirini cərimələməlidirlər. Bu qaydaları pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsində tətbiq olunan sanksiya tipli cərimələr azdır. Cərimələrin artırılması məsələnin həlli yolu deyil. Problemin kökünü tapmaq lazımdır. İnzibati yoldan başqa maarifləndirmə məsələləri də gücləndirilməlidir”. 



Hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, belə hallara görə, toy sahiblərinə müəyyən sanksiyalar tətbiq olunur. Amma həmin sanksiyalar xəbərdarlıq xarakteri daşıdığından şadlıq saraylarının, restoranların bu kimi əməllərinə mane olmur: “Bu, İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalardan bəhs edir. Həmin fəsilin 306-ci maddəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması adlı bənd var. Burada göstərilir ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, istirahət yerlərində, küçələrdə, ictimai yelərdə gecə vaxtı, saat 24-dən sonra səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri gur səslə oxutmağa məişət səs-küyünə qarşı mübarizə tələblərinin başqa üsullarının pozulmasına görə məsuliyyət müəyyən edilir. Qanunda bu tipli səs-küylərə qarşı sanksiyalar da mövcuddur”. 

Şəxsi təcrübəsində belə hallara rast gəldiyini deyən Ə.Nuriyev sanksiyaların xəbərdarlıq etmək və 30 manatdan 50 manata kimi cərimələrin tətbiq olunduğunu deyir. Onun sözlərinə görə, bu çox cüzi rəqəm olduğundan hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 306-ci maddəsinə və maddədə göstərilən sanksiyalara dəyişikliklər edilməlidir. 

Hüquqşünas deyir ki, cərimələrin miqdarı artırılmalıdır: “ Bir də görürsən ki, çox əcaib səslər çıxır. İctimaiyyətə açıq şəkildə hörmətsizlik baş verir. Təbii ki, bu cərimələrin aşağı olması onların bu əməlinə mane olmur. İnsanların istirahətini və hüquqlarını pozmaq qanunda dəyişiklik edilməsinə səbəb ola bilər”.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovun sözlərinə görə, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsində öz əksinə tapıb. 

E.Zahidov qeyd edilib ki, gecə saat 24.00-dan səhər saat 07.00-dək küçələrdə, istirahət məkanlarında və digər ictimai yerlərdə səs-küy salmaq, yüksək səsə malik pirotexniki vasitələrdən istifadə etmək olmaz. 

DİN rəsmisi bildirib ki, ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edən polis əməkdaşları tərəfindən xidməti ərazidə yerləşən şadlıq saraylarının, restoranların, əyləncə mərkəzlərinin və digər bu kimi obyeklərin sahiblərinə İXM-in bu tələbləri izah olunur, müvafiq təlimatlar verilir və rəsmi xəbərdarlıqlar edilir: 



“Onlar da polisin bu tələbinə sözsüz ki, əməl edirlər. Lakin təəssüflər olsun ki, bəzi hallarda toy, şənlik başa çatandan sonra ya toyun sahibi, ya da orada iştirak etmiş qonaqlardan hansısa, küçəyə çıxaraq özü ilə gətirdiyi pirotexniki vasitələrdən istifadə edir. Həmin yerin yaxınlığında olan polis əməkdaşları belə halların baş verməməsi üçün çalışırlar. Amma daha yaxşı olardı ki, vətəndaş və ya elə mətbuat nümayəndəsi görəndə ki, onun yanındakı gecə saat 12-də atəşfəşanlıq etmək istəyir, onu dərhal bu fikrindən daşındırmalı, izah etməlidir ki, ətrafdakı yaşayış binalarında yüzlərlə insan yaşayır və onları narahat etmək olmaz. Yəni bu sahədə də yalnız inzibati üsulları deyil, eyni zamanda təbliğat və maarifləndirmə işini də gücləndirmək zəruridir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam