Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avtovağzalda xüsusi komissiya yaradıldı

 

Bakı Beynəlxalq Avtovağzalının (BBA) rəhbərliyində dəyişiklikdən sonra mövcud nöqsanların aradan qaldırılmasına start verilib. İlkin olaraq ərazidə bilet satışı ilə bağlı xüsusi komissiyanın yaradılmasına başlanılıb.

"Xeberinfo.com":   Məlumata görə, bunu “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
“Seymur Aslanov quruma rəhbər təyin edildikdən sonra BBA-da əsaslı islahatlara başlanılıb. Bilet satışı zamanı yol verilən sui-istifadə hallarına nəzarət etmək üçün xüsusi komissiya yaradılıb. Artıq heç kəsə kənarda qanunsuz şəkildə bilet satmağa icazə verilmir. Habelə bilet satışına nəzarət ancaq bayram günlərində həyata keçirilməyəcək”, – deyə Ş.Mehmanqızı qeyd edib.
O, həmçinin əlavə edib ki, sərnişinlərin biletlərinin onlayn satışı sistemində də təkmilləşdirmələr həyata keçirilir. Belə ki, onlayn bilet seçərkən ancaq bir istiqamət üzrə bilet almaq olar, təkmilləşmə işlərindən sonra sərnişinlər sərbəst şəkildə gediş-gəliş biletlərini bir dəfəyə sərbəst şəkildə ala biləcəklər: “Artıq onlayn bilet alan sərnişinlər öz yerlərində əyləşməyənədək, avtobuslar ərazini tərk etmir. Bu şəkildə sərnişinlərin hüquqları qorunur”.
Bundan başqa, Bakı Beynəlxalq Avtovağzalın ərazisinə kənar nəqliyyat vasitələrinin daxil olması qadağan edilib.
Yeniliklərə “Qaynar xətt”in yaradılması da daxildir. İslahatlar çərçivəsində vətəndaşlara normal şəkildə xidmət göstərəcək və sorğularını cavablandıracaq bu servisin də təkmilləşdirilməsi daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam