Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

TQDK-dan qalmaqallı kitabla bağlı açıqlama

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da Ermənistan bayrağının rəngində olan “Azərbaycan tarixi” adlı məlumat kitabı barədə açıqlama yayıb.

"Xeberinfo.com":   TQDK-nın saytına istinadən xəbərə görə, "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş “Azərbaycan tarixi” məlumat kitabı barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub. 

 

Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.

Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “Vəsait” də bu qəbildən olmaqla Komissyaya heç bir aidiyyatı yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam