Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qayınananı girov saxlayan başçının oğlu çıxdı

 

Şabranda qayınananı toyda girov saxlayan restoranın kimə məxsus olduğu bilinib. 

 

"Xeberinfo.com":   Məlumata görə, TİA.AZ-a verilən məlumatda bildirilir ki, borca görə toy sahibinə qarşı bu addımı atan “Savalan” restoranı Hacı Ruslan adlı iş adamına aiddir.  “Savalan” restoranının sahibi icra başçısı Novruz Novruzovun oğludur. Hacı Ruslanın eyni adda Bakıda və Sumqayıtda da şadlıq evləri olduğu deyilir. Mənbənin sözlərinə görə, hadisə günü - avqustun 22-də Şabranda “Savalan” restoranının müdiri özü də orada olub. 

Hacı Ruslan toy sahibi 1000 manata yaxın borcu qaldığına görə qayınanasını bir sutka girov saxlayıb və avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb. 

Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bu cür hadisələrin Cinayət Məcəlləsinin adamları girov götürmə, yəni 215-ci maddəsi ilə cinayət sayıldığını bildirib: “Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, grov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam