Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirliyin işçiləri döyüldü

goygolDünən, saat 07:30 radələrində Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxs tərəfindən parkın işçilərinə qarşı fiziki təzyiqlər olub.

Xeberinfo.com:  Ekologiya və Təbii Sərvətlər nazirliyinin yaydığı məlumata görə, şəxsiyyətləri hələlik məlum olmayan şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub.

Nəzarət-buraxılış məntəqəsində növbədə olan Milli Parkın əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun olaraq Milli Parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib, vəzifə səlahiyyətini yerinə yetirən dövlət nümayəndəsinə qarşı zor tətbiq olunub və döyülüb. Nəticədə Milli Parkın əməkdaşı müxtəlif ağır xəsarətlər alıb.

Hadisədən xəbər tutan Milli Parkın digər mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edərkən o da fiziki təzyiqə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib.

Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər bundan sonra hadisə yerindən qaçıb.

Göygöl Milli Parkının xəsarət alan əməkdaşları müvafiq yardım alınması və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət edib.

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam