"Azərişıq" Qarabağda olan abunəçilərinin sayını açıqlayıb
"Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 600-dən çox abunəçisi var.
Yenixeber.org: Bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib.