Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Ukrayna bəzi ərazilərdə hücuma keçib" -Pentaqon


“Pentaqon Ukraynanın nəinki məharətlə müdafiə olunduğunu, həm də bəzi ərazilərdə hücuma keçdiyinin əlamətlərini görür”.
Yenixeber.org: Bunu ABŞ Müdafiə Nazirliyinin müdafiə departamentinin nümayəndəsi Con Kirbi bildirib.

O qeyd edib ki, ABŞ Kiyevi rus qoşunlarının əhatəsində hesab etmir. Kirbinin sözlərinə görə, hələ ki, düşmənin hərəkətlərində ciddi dəyişiklik yoxdur.
“Biz cənubdan Kiyevə doğru təkan görmürük. Onlar Çerniqovdan çıxa bilmədilər. Vaşinqton rusların guya şəhərətrafı əraziləri işğal etdiyini nə təsdiq, nə də təkzib edə bilər. Deyə bilərəm ki, əgər gördüklərimiz doğrudursa, Ukrayna son vaxtlar, rusların ələ keçirdiyi əraziləri geri qaytarmağa cəhd edir”, - Kirbi bildirib.
"Hər halda, biz ukraynalıların nəinki özlərini müdafiə etmək istədikləri yerdə yaxşı müdafiə olunduqlarını, həm də hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri geri almaq üçün səy göstərdiklərini görürük. İndi onlar rusların ələ keçirdiyi ərazini geri qaytara bilərlər və bunu istəyirlər”, - müdafiə departamentinin nümayəndəsi əlavə edib.
Con Kirbi qeyd edib ki, bunun daha böyük əməliyyat planının əlaməti olub-olmadığını söyləmək çətindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam