RUSİYA ÇARƏSİZ VƏZİYYƏTƏ DÜŞÜB - Putin orduya yenidən hücuma keçmək əmri verib, Zelenski isə...
Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə gərginlik yenidən artıb. Kreml və Ukraynanın mümkün danışıqlarla bağlı ziddiyyətli bəyanatlarından sonra Rusiyadan yeni açıqlama gəlib.
Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsini iddia edərək qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Cümə günü orduya dayanma əmri verən Rusiya lideri Putin danışıqlardan heç bir nəticə vermədikdən sonra "total hücum" əmri verib.
Ekspertlər bunu Rusiyanın Ukraynada çarəsiz vəziyyətə düşməsi ilə bağlayırlar. Putin 3 gün ərzində ciddi nəticə əldə edilə bilməməsini guya indiyədək ordunun tam hücuma keçməməsi ilə bağlamaq istəyir.
Qeyd edək ki, Ukraynada səfərdə olan jurnalist Eynulla Fətullayev də rusların çarəsiz vəziyyətə düşdüyünü bildirir.
Jurnalist Ukrayna ordusunun peşəkarlığından danışıb:“Ukrayna ordusunun yüksək peşəkarlığı və döyüş əzmi məni valeh edir. Həm də ukraynalıların müqavimət iradəsi çox böyükdür!!! Ukrayna böyük qan gölünə çevrilir və rus əsgərləri bu göldə batır”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə jurnalistlərə müraciətində deyib ki, Ukrayna ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacaq.
"Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, - Zelenski bildirib.