Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Zakir Həsənov -hərbi hospitalı ziyarət edib

 

Martın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdırıb, onlara bayram sovqatları təqdim edib.

Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.
Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və invertarla tam təchiz edilib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan danışıb. Tibb işçilərini bayram münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam