Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aİ Rusiyaya növbəti zərbə vuracaq

Kremlin qurbanlarının çoxlu sayda mülki vətəndaş olduğunu və müharibəni davam etdirdiyini nəzərə alaraq Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Yenixeber.org: Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Brüsseldə İtaliyanın baş naziri Mario Draqi ilə birgə mətbuata bəyanatı zamanı deyib.

“Biz Ukraynadakı vəziyyəti, Putinin apardığı qanlı müharibəni müzakirə etmək niyyətindəyik. Biz hazırda üzərində işlədiyimiz yeni gücləndirilmiş paketi (sanksiyalar - red.) müzakirə edəcəyik. Bildiyiniz kimi, artıq 3 ağır sanksiya paketimiz var, lakin indi biz əmin olmalıyıq ki, onların heç bir istisnası olmasın və bu sanksiyaların effekti maksimum olsun”, - Ursula fon der Lyayen bildirib.

Bununla yanaşı, Avropa Komissiyasının sədri qeyd edib ki, Avropa İttifaqının artıq tətbiq etdiyi sanksiyalar effektivdir və Rusiya iqtisadiyyatında dərin böhrana gətirib çıxarır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam