Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Xarkovda 3 azərbaycanlı ailə metro keçidində qalıb -FOTOLAR


Üç azərbaycanlı ailə hazırda Xarkovda metro keçidinə sığınıb.
Yenixeber.org: Ailələrdən birinin üzvü Günel Hümbətova “qafqazinfo”ya müraciətində təxliyə oluna bilmədiklərini deyib: "Fevralın 24-də şəhərdə atışma başladı. Bir gün yaşadığımız binanın zirzəmisində qaldıq. Amma Ukrayna polisi bizə təlimat verdi ki, oradan çıxmaq lazımdır. Çünki digər binanın zirzəmisinə əli silahlı şəxslər girib camaatı öldürmüşdülər.
Burada 3 azərbaycanlı ailəyik, ümumilikdə 12 nəfərik. Mənim 2 azyaşlı qızım var, neçə gündür metroda yatırıq. Düzdür, dövlət hər cür qida və lazımi əşyalarla bizi təmin edirlər. Uşaq bezinə qədər paylayırlar. Amma yenə də ölkəmizə təxliyə olunmaq istəyirik. Çölə çıxmağa qorxuruq, küçədə atışma gedir”.
Həmyerlimiz qeyd edib ki, konsulluqla əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.
Məlumat üçün bildirək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ötən gün yaydığı açıqlamada qeyd olunub ki, şəhəri tərk etməyə çalışan bütün azərbaycanlılar martın 1-də saat Cənub vağzalının gözləmə zalında toplanmalıdırlar. Vətəndaşlar kömək üçün +380630470550 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov deyib ki, fəxri konsulluq ştat rejimində fəaliyyətini davam etdirir: "Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosessini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam