Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynadakı tələbələr Azərbaycandan kömək istəyir -“Bizi çarter reyslərlə təxliyə etsinlər”

Bu gün səhər saatlarında Vladimir Putinin əmri ilə Rusiya Ukraynaya qarşı irimiqyaslı əməliyyatlara başlayıb. Hazırda iki ölkə arasında şiddətli döyüşlər gedir. Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilir.

Yenixeber.org: Ukraynadakı vəziyyət bir anda gərginləşdiyindən, Azərbaycan vətəndaşları çətin vəziyyətə düşüb. Xarkov şəhərində təhsil alan bir qrup azərbaycanlı tələbə sosial şəbəkə hesablarında yardım çağırışları ediblər.

Onlar Xarkovda minlərlə azərbaycanlı tələbənin çətin vəziyyətə düşdüyünü, şəhərdəki vəziyyətin çox pis olduğunu bildiriblər.

Tələbələr Azərbaycanın Xarkovdakı Konsulluğu ilə əlaqə qurularaq, “çarter” reyslərlə ölkəyə təxliyyə olunmlarını xahiş edirlər.

Azərbaycanın Xarkovdakı Konsulluğundan isə bildirilib ki, vətəndaşlarımız panikaya düşməsinlər və yalnız təsdiqlənmiş rəsmi məlumatlara istinad etsinlər.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Ukraynada 300 minə yaxın azərbaycanlı yaşayır. Onlardan 20 minə qədərinin isə tələbə olduğu bildirilir.

Xatırladaq ki, əksər ölkələr bir neçə gündür öz vətəndaşlarına Ukraynadan təxliyyə etsə də, Azərbaycan XİN buna ehtiyac olmadığını, lazım olduğu halda təxliyyə prosesinə başlanıla biləcəyini bildirmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam