Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qoşunlar yola düşdü -Ukraynanı mühasirəyə alan Rusiyaya ƏKS HƏMLƏ!

Bütün dünyanın diqqəti Ukrayna və Rusiya arasındakı gərginliyə yönəlib. Ukrayna ilə sərhəddə təlimlərini davam etdirən Rusiya, demək olar ki, hərtərəfli müharibə hazırlıqları görür. Ukraynanın periferiyası Rusiyanın mühasirəsində olduğu vaxt Qərb Moskvanı bu addımdan çəkindirməyə çalışır.

Yenixeber.org: Rusiya dəfələrlə belə bir müharibənin onun tərəfindən başlamayacağını bəyan etsə də, Qərb artıq Şərqi Avropada hərbi baza qurmağa başlayıb.

ABŞ-ın Şərqi Avropadakı NATO ölkələrinə 3000-lik hərbu qüvvə göndərmək planı da artıq işə düşüb. Plana uyğun olaraq Polşa və Almaniyaya 2000, Rumıniyaya isə 1000 hərbçi göndərilib. ABŞ hərbçilərini daşıyan ilk təyyarələr yola düşüb.

Şimali Karolinadakı 18-ci və 82-ci Hava Desant Diviziyalarından Almaniya və Polşaya 2 min hərbçi göndəriləcəyini deyən Pentaqonun sözçüsü Con Kirbi Rumıniyaya göndəriləcək 1000 hərbçi ilə bölgədəki ABŞ qüvvələrinin sayının 1900-ə yüksələcəyini bildirib. Artıq həmin qüvvələrin göndərilməsinə başlanılıb.

Mümkün işğala qarşı Avropanın şərqinə göndərilən hərbçilər “C-17” tipli təyyarələrlə daşınır.

Kirbi ABŞ hərbçilərinin müttəfiqlərin müdafiəsinə dəstək verməyi hədəflədiyini və Ukraynaya girməyəcəklərini deyib:

ABŞ ümumilikdə bölgəyə 8500 hərbçi göndərməyi planlaşdırır.(teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam