Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bu gün -XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Yenixeber.org: Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-ə yaxın idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. "Tonq Ksin" ("Hamı bir nəfər kimi birlikdə") adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə bağlı Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar. Çin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkə kimi tarixə düşəcək.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvinsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam