Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycan idmançısı:"Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam"

"Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əksiklər var idi".

Yenixeber.org: Bu fikirləri İsveçrənin Lozanna şəhərindəki Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparmış Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında deyib.

17 yaşlı idmançı səhvlərinin üzərində işləyəcəyini və bacarıqlarını maksimum dərəcədə göstərməyə çalışacağını vurğulayıb. 

Ryabova "Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən ilk idmançı olmaq necə hissdir" sualına belə cavab verib: "Çox əla hissdir. İlk olaraq bu yarışda Azərbaycanı təmsil etməkdən məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm".

O, yarışda qarşısına çıxan çətinliklərdən və daha yaxşı nəticə əldə edə bilməməsinin səbəbindən danışıb: "Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu".

Ryabova ölkəni böyüklərin olimpiadasında təmsil etmək ehtimalından da söz açıb: "Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam".

Qeyd edək ki, 9 yanvarda başlayan "Lozanna-2020"yə bu gün yekun vurulacaq. Yekaterina Ryabova yarışı 8-ci pillədə başa vura bilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam