Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakı-2015”in biletlərini “qara bazar”da satanlara - Xəbərdarlıq

 

"Biz qara bazarda biletlərin satılması ilə bağlı monitorinq keçiririk. Əlbəttə, bununla bağlı tədbirlər də görüləcək"

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib. 
O, fikrilərini belə davam etdirib: “Bu yarışlar ilk dəfədir ki, keçirilir. Bunu nəzərə aldıqda bu cür bilet satmaq təcrübəsi də bir yenilikdir. Amma gələcəkdə, biletlərin ikinci əldən satılmasının qarşısını almaq üçün tədbirlər görüləcək. Biletlərin "ikinci əl"dən satılması yarışların uğurla keçməsindən xəbər verir, lakin bu o demək deyil ki, biz bu məsələni nəzarətdə saxlamırıq. Biz çalışırıq ki, bunun qarşısını mümkün qədər alaq”. 
BEGOC rəsmisinin sözlərinə görə, indiyədək zaldan tamaşaçıların çıxarılması, jurnalistlərin akreditasiyasının ləğv edilməsi ilə bağlı heç bir məlumat daxil olmayıb: "Bəzi mətbuat nümayəndələri indi də Azərbaycana gəlməkdədir. Buna görə onlar üçün müəyyən tədbirlər görülür".
S.Kleq gimnastika oyunlarında Azərbaycan idmançılarına qarşı qərəzli mövqe nümayiş etdirən hakimin qərarı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "İlk növbədə qeyd edim ki, BEGOC yalnız oyunların təşkilinə cavabdehdir. Lakin hakim seçimi beynəlxalq texniki məsələlərə cavabdeh olan qurumlardan asılıdır. Ona görə də hakimlərlə bağlı sualı müvafiq federasiyaya ünvanlayısınız".
O qeyd edib ki, növbəti Avropa Oyunlarına yeni idman növünün salınması təklifini Olimpiya komitələrinə ünvanlamaq lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam