Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda NATO-nun ekspertləri ilə işçi görüşü keçirilib-FOTOLAR

Bakıda NATO-nun ekspertləri ilə işçi görüşü keçirilib

Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.
Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib. Həmçinin növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.
Sonra qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Burada hərbi təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam