Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Əməkdaşımızın "Əlimin içində çırpındı əlin" kitabı çıxdı

 

Bu günlərdə qəzetimizin və saytımızın əməkdaşı Məhərrəm Şəmkirlinin "Əlimin içində çırpındı əlin"adlı sayca beşinci kitabı işıq üzü görüb.

"Xeberinfo.com":  Müəllifin bu kitabına onun son bir ildə sevgiylə, həyatla, torpaqla bağlı lirik- fəlsəfi deyimlərinin bir hissəsi toplanmışdır. Sevginin ilahi bir məqama çatdırılması, həyatın içində baş verənlərə doğru-dürüst qiymətin verilməsi, torpağa övlad sevgisi bu deyimlərin ana xəttini təşkil edir.

      Kitab Mütləqə İnam Ocağının Ruhsal Başçısı Safruhun "Çağın istəyi-Çağdan istəyimiz" adlı geniş içsəsiylə açılır.

   May ayının 24-də "Kitabevim-az" mağazalar şəbəkəsində kitabın geniş təqdimat mərasimi keçirilib. Təqdimatda müəllifin yaxın dostları və çox saylı oxucuları iştirak ediblər. Tədbiri gənc yazar Emil Rasimöğlu açmış, kitab haqqında fikirlərini bildirmişdir. Sonra Azərbaycan Milli Elmilər Akademiyasının əməkdaşları Sabir Tağıyev,Adilə Ağabəyova, Babək Xalistürk, ön sözün müəllifi Safruh, Rusiyadan gəlmiş qonaqlar şair Südabə İrəvanlı, tarixi araşdırıcı Sənubər Sarallı, şairlərdən Nüyvər Şərifova, Məlahət Yusifqızı, Pərvanə Zəngəzurlu, Ədalət Bədirxanov, Mayıl Məmmədli, Məmməd Kərəm,Qalib Şəfahət,Zakir Ağdamlı, Esmira Məmmədova, Slavyan Universitetinin müəllimi Cavanşir müəllim, yaradıcılıq fakültəsinin tələbələri Şəhla Aslan, Gülnarə İsrafilqızı, Aysu Məmmədli, Azər Rəşidoğlu, Şəhanə Müşfiq və başqaları çıxış etmiş, müəllifə uğurlar diləmişlər.

   Biz də "Yeni xəbər" qəzeti və "Xeberinfo.com"saytı olaraq Məhərrəm Şəmkirlini təbrik edir,ona gələcək yaradacılığında naliyyətlər arzulayırıq.

 

                


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam