Türkiyə 6 dəqiqədə iki dəfə silkələndi...
Türkiyənin Van vilayətində 6 dəqiqə ara ilə 3.8 və 4.1 bal gücündə zəlzələlər qeydə alınıb.
Yenixeber.org: Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qısamüddətli narahatlığa səbəb olan zəlzələlər dağıdıcı təsir göstərməyib.
Məlumata görə, yerli vaxtla saat 17: 59-da episentri Tusba olan 3.8 bal gücündə zəlzələ qeydə alınıb. 7 kilometr dərinlikdə meydana gələn zəlzələ Van şəhərinin mərkəzində və bölgələrində hiss edilib.
Bundan 6 dəqiqə sonra, saat 18: 05-də yenidən Tusbada yerləşən 4.1 gücündə başqa bir zəlzələ meydana gəlib. Bu zəlzələnin dərinliyi 7.02 kilometr olub.