Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“PAŞİNYAN TƏRƏDDÜD İÇƏRİSİNDƏDİR...” –Moskvada keçirilən üçtərəfli görüşdən gözləntilər

Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclası keçirilib.

Yenixeber.org: Bu barədə Rusiya hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, avqustun 17-də Moskvada keçirilən iclasda tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib və üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində aparılacaq işlərin gedişini müzakirə ediblər.

Xatırladaq ki, iyunun 1-də üçtərəfli işçi qrupunun fəaliyyəti dayandırılıb. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan İrəvanda jurnalistlərlə görüşü zamanı bəyan etmişdi ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə Ermənistan hesab edir ki, bu formatda konstruktiv işləmək mümkün deyil.

 

 

Görüşü politoloq Elxan Şahinoğlu bildirib ki, uzun fasilədən sonra üçtərəfli işçi qrupunun Moskvada toplanaraq kommunikasiya xətlərinin açılmasıyla bağlı müzakirələri davam etdirməsi hələ Ermənistan hakimiyyətinin məsələni uzatmayacağından xəbər vermir: "Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla dəhlizin açılması zərurəti yarana bilər, o biri tərəfdən Zəngəzur koridorunun əleyhinə olduğunu vurğulayır. Paşinyan tərəddüd içərisindədir. O, bir tərəfdən koridor vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən, güzəştə gedən tərəf kimi görsənmək istəmir".

Politoloq hesab edir ki, Paşinyanın tərəddüdünü Moskva çözə bilər: "Rusiya 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq koridorun açılmasını təmin edə bilər. Ancaq problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil. Laçın dəhlizindən silah, hərbi texnika və hərbçilər Qarabağa keçir, Qarabağda qanunsuz postlar qurulur, erməni separatçıları mövqelərini gücləndirməyə çalışırlar. Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını Prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi. Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələrim var. Ancaq Moskvada onu da anlamalıdırlar ki, erməni separatçıları mühasirədədirlər və İlham Əliyevin təlimatıyla Azərbaycan Ordusu bu mühasirəni daraltmağa çalışacaq. Ona görə nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsi vacibdir. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışqlara başlaması zərurəri yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam