Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə Bakı 2015 fləşmobu

 

Gəncədə Avropa Oyunları ilə bağlı keçirilən möhtəşəm fləşmob “Ginnesin rekordlar kitabı”na düşə bilər.

 

"Xeberinfo.com":  Məlumata görə, “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada Birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.

 

“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.

 

Aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.

 

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılıb. Aprelin 2-də Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşüb.

 

Gəncədə 6000 nəfərin “Bakı-2015” Birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

 

“Bakı 2015”ə həsr olunan ən böyük fləşmobdan videonu sizə təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam