Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakı-2015"in məşəli Qazaxda

 

Birinci Avropa Oyunlarının məşəli bu gün Qazax şəhərinə gətirilib.

 

"Xeberinfo.com":   Məlumata görə, Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul edib.

 

Sonra məşəlçilərin yürüşü başlayıb. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirib. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirilib. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırıb.

 

Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edilib. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

 

Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olunub.

 

Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.

 

Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb. Məşəl Ağstafaya yola salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam